Teleaparıcı “Xalq qəzeti”ni məhkəməyə verir
Bizi izləyin

Qırmızı.az

Teleaparıcı “Xalq qəzeti”ni məhkəməyə verir

İlham Mirzəyev “Xalq” qəzetini məhkəməyə verir

Teleaparıcı İlham Mirzəyev “Xalq” qəzetini məhkəməyə verməyə hazırlaşır. Publika.Az xəbər verir ki, bu açıqlamanı İlham Mirzəyev Yasamal rayon Məhkəməsində həbs etdirdiyi Asif Əliyevin cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan prosesdən əvvəl deyib.

Onun sözlərinə görə, ötən həftə “Xalq” qəzetində onun barəsində həqiqətə uyğun olmayan yazı yazılıb: “Həmin yazını yazanlarla pul alıb, yazı dərc ediblər. Onları məhkəməyə verəcəm. Prezidentində bundan xəbəri var. Onlar cəzalandırılcaqlar”.

Qeyd edək ki, bu gün Yasamal rayon Məhkəməsində keçirilən prosesdə çıxış edən prokuror Asif Əliyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm