Qırmızı.az
DSMF-də Dünya Bankının ekspertləri ilə görüş keçirilib
2014-cü il 7 aprel tarixində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq şöbələrinin rəhbərləri ilə Dövlət Xərcləri və Maliyyə Cavabdehliyi (PEFA) proqramı üzrə Dünya Bankının ekspertləri arasında görüş keçirilib.
Görüş zamanı DSMF-nin əsas fəaliyyət istiqamətləri, büdcə-proqnozlaşdırma işinin təşkili, DSMF-nin büdcəsinin hazırlanması və təsdiq edilməsi prosesi, gəlir və xərclərinin mənbələri və istiqamətləri, DSMF-nin büdcəsinin formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən makroiqtisadi, demoqrafik, məşğulluq və sosial vəziyyət göstəriciləri ilə bağlı olan əsas parametrlər, DSMF-nin büdcəsinin icrası, habelə sığortaedənlərin uçotu qaydaları, məcburi dövlət sosial sığorta haqlarının toplanması və bu sahəyə nəzarət işinin təşkili və aparılması məsələləri müzakirə olunub.
Bundan əlavə, Dünya Bankının ekspertlərinin aidiyyəti sualları
cavablandırılarkən, ölkədə məcburi dövlət sosial sığorta və pensiya
təminatı sahəsində son illər aparılmış islahatlar, bunun nəticəsi
olaraq yeni qurulmuş sığorta-pensiya sisteminin xüsusiyyətləri, bir
müddət əvvəl BMT-nin İnkişaf Proqramı, Dünya Bankı və Avropa
Birliyinin pensiya islahatları üzrə həyata keçirdikləri layihələrdə
Azərbaycanın sığorta-pensiya sistemini keçid dövrü ölkələri üçün
uğurlu model kimi tövsiyə etməsi, pensiyaların avtomatlaşdırılmış
qaydada vahid mərkəzdən təyinatının MDB məkanında ilk dəfə olaraq
Azərbaycanda aparılması, sığortaolunanlar üçün sosial sığorta
şəhadətnamələrinin rəsmiləşdirilməsi prosesinin elektron qaydada
həyata keçirilməsi, DSMF tərəfindən əhaliyə təqdim olunan elektron
xidmətlər və bu xidmətlərin əhalinin ən çox müraciət etdiyi
xidmətlər sırasında yer alması, və s. məsələlər barədə məlumat
verilib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu