• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Nəbatat bağında köçürmə və əkmə işləri görülür" - Rəsmi açıqlama

"Nəbatat bağında köçürmə və əkmə işləri görülür" - Rəsmi açıqlama

Nəbatət bağından ağacların kəsilməsinə rəsmi münasibət Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında (AMEA/MNB) elmi tədqiqat əhəmiyyətli yenidənqurma və abadlıq işləri həyata keçirilir.

Bakıda Badamdar şosesi, 40 ünvanında yerləşən 41,3 hektarlıq bağın cənub-şərb hissəsində yarım hektarlıq şitillik ərazidən müxtəlif cavan ağac növləri köklü şəkildə digər hissəyə köçürülüb.

Burada təbii genofondun zənginləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edən yeni bitkilər əkilir.

Publika.Az-ın məlumatına görə, MNB-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev bildirir ki, bitki genofondunun zənginləşdirilməsi üçün ən əlverişli sahə nisbətən boş olan məhz həmin ərazidir ki, uzun illər seyrək ağaclarla qorunub saxlanıb.

Lakin ərazidən keçən kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli elektrik kabelləri, iri tutumlu istilik və su boruları hazırda bu ərazinin istifadəsini məhdudlaşdırır. Hətta ağacların kökləri yüksək gərginlikli kabellərin açıq hissələrinə nüfuz edərək tədqiqatçılar və ziyarətçilər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Burada ara-sıra müşahidə olunan qığılcımlar təhlükənin ciddiliyindən xəbər verir.

Məsələ ilə əlaqədar 2014-cü ilin yanvarında “Bakıelektrikşəbəkə” ASC-yə rəsmi müraciət edilib. Yerin altında kommunikasiya xətlərinin yenilənməsi məqsədi ilə qazıntı işlərinə başlanılacağı təqdirdə ağacların məhv olmaması üçün onlar məhz yazın əvvəlində, təbiətin oyanma prosesindən qabaq köçürülüblər.

Hazırda sözügedən ərazidən maksimum səmərəli istifadə etmək məqsədi ilə köçürmə və əkin işləri planlı şəkildə həyata keçirilir. Əkilənlər arasında kökləri dərinə uzanmayan bitkilər, xüsusən də çiçək növləri üstünlük təşkil edir.

Burada gələcəkdə AMEA-nın və elmin inkişafı məqsədi ilə digər tədbirlərin görülməsi üçün əlavə imkanlar da nəzərə alınır. Qeyd edək ki, yenidənqurma işləri ilə bağlı media yazılarındakı kəsilmiş ağac fotoları Mərkəzi Nəbatat Bağına aid deyildir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR