Azərbaycan Koreya ilə müdafiə sahəsində əməkdaşlıq edəcək - FƏRMAN
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Koreya ilə müdafiə sahəsində əməkdaşlıq edəcək - FƏRMAN

2013-cü il dekabrın 3-də Seul şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Koreya Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Res

2013-cü il dekabrın 3-də Seul şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Koreya Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fərman imzalayıb.

Publika.az-ın verdiyi məlumata görə, fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il dekabrın 3-də Seul şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Koreya Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası Hökumətini xəbərdar etsin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm