• USD 1,7000 0,00% EUR 2,0001 -0,08%
    • GBP 2,2810 +0,02% RUB 0,0277 +0,36%

Çayların suyu quruyur

Çayların suyu quruyur

Hazırda mənbəyini dağ buzlaqlarından götürməyən çaylarda kritik azsululuq dövrü müşahidə edilir. Ümumiyyətlə, hazırda çaylarda azsululuq dövrüdür.

Bunu Publika.az-a açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, çaylarda müşahidə olunan azsululuğun bir neçə səbəbi var:

“Adətən iyulun ikinci yarısı, avqust ayı və sentyabrın əvvəlləri çayların azsululuq dövrü olur. Bu il may-iyun ayları, hətta iyulun birinci yarısı yağıntıların çox düşməsi səbəbindən çaylarda suyun səviyyəsi normal idi. Lakin bir aya yaxındır Azərbaycan ərazisində anomal istilər müşahidə edilir. Yağıntıların miqdarı isə həddən artıq azalıb. Nəticədə, çaylarda ən azsululuq dövrü müşahidə edilir. Ancaq buna baxmayaraq, çaylarda bu ilki vəziyyət, əvvəlki illərlə müqayisədə daha yaxşıdır”.

Direktor müavini bildirib ki, çayların suyu azalsa da, hələ ki, 2014-2015-ci illərdəki kimi azalma müşahidə edilmir.

Onun sözlərinə görə, son günlər suyunun rəngi dəyişən Girdimançayda da suyun səviyyəsi çox azalıb.

“Çünki bu çay mənbəyini Babadağdan götürür, orada isə buz yoxdur, ancaq qar var. Ona görə də, çayın suyu azalıb. Üstəlik, insanlar bu sudan içmək və digər ehtiyacları üçün istifadə edirlər ki, bu da səviyyənin azalmasına səbəb olur. Hazırda Girdimançay ən azsululuq dövrünü keçirir, hətta ekoloji axından da az su var. Çayın rənginin dəyişməsinə də səbəb azsululuq və yosunların artmasıdır. Nəticədə, həmin çaydan istifadə edən kəndlərin sakinlərinin içmək və təsərrüfat üçün su ehtiyacları ya çətinliklə ödənir, ya da heç ödənilmir. Güman edirəm ki, bu uzun müddət davam etməz.Təxminən 10 günə əks proses müşahidə ediləcək”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>