İlham Əliyev general rütbəsi verdi
Bizi izləyin

Qırmızı.az

İlham Əliyev general rütbəsi verdi

İlham Əliyev general rütbəsi verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Feldyeger rabitəsi orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər: 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə: Bağırov Ramiz Sabir oğlu Hüseynli Fuad Məhəmməd oğlu Mahmudov Vaqif Yunis oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə: Hacıyev Lətif Balaşirin oğlu Nəbiyev Vahid Cavad oğlu Nəzirov Vaqif Cəlal oğlu Nuri Ağa-Əli Tofiq oğlu Quliyev Yaşar Cəmiyyət oğlu Ramazanov Nurəddin Alov oğlu Sultanov Samir Həsənağa oğlu Teymurov Əkrəm Qələmşah oğlu Dövlət başçısının digər sərəncamları ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin rəisi, feldyeger xidməti general-mayoru Ədalət Məhəmməd oğlu Paşayevə feldyeger xidməti general-leytenantı, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti rəisinin müavini, feldyeger xidməti polkovniki Elmar Qəzənfər oğlu Novruzova isə feldyeger xidməti general-mayoru ali xüsusi rütbələri verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm