Qırmızı.az
Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq bağçası tikiləcək
Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaq bağçasının tikintisinə başlanmışdır.
Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Həştərxan meriyasında Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaq bağçasının tikintisinə həsr olunmuş geniş müşavirələr keçirilmişdir.
Müşavirələrdə uşaq bağçasının tikintisinin başlanması ilə bağlı olan təşkilati məsələlər müzakirə olunmuş, bütün zəruri sənədlər təsdiq edilmişdir. Hazırda inşaat yerində binanın özülünə svayların vurulması işləri tam sürətlə gedir.
Layihəyə əsasən, 240 yerlik nəzərdə tutulan uşaq bağçasının 120 yerlik birinci növbəsini 2014-cü ilin sentyabrında IV Xəzər Zirvə Görüşünün açılışına qədər başa çatdırmaq planlaşdırılır. Bundan əlavə, Heydər Əliyev Fondunun yaradılmasının 10-cu ildönümü münasibətilə bayram tədbirlərinin keçirilməsi məsələsi müzakirə edilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə rəsmi Azərbaycan nümayəndə heyəti həmin tədbirlərdə iştirak etmək üçün 2014-cü il mayın 11-12-də Həştərxana gələcəkdir.
Müşavirələrdə Həştərxan meri vəzifəsini icra edən İrina Yeqorova, merin müavini Rəsul Sultanov, Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlılar Konqresinin regional bölməsinin sədri Ədalət hüseynov və Həştərxan administrasiyasının struktur rəhbərləri iştirak etmişlər.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."