Әli Həsənov: "Partiyalararası münasibətin vahid strategiyasını müəyyən edəcəyik"
Bizi izləyin

Qırmızı.az

Әli Həsənov: "Partiyalararası münasibətin vahid strategiyasını müəyyən edəcəyik"

Әli Həsənov: "Partiyalararası münasibətin vahid strategiyasını müəyyən edəcəyik"

Әli Həsənov: "Partiyalararası münasibətin vahid strategiyasını müəyyən edəcəyik"

Bu gün Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) Partiyalararası əlaqələr və dialoq komissiyasının iclası keçirilir.

Publika.Az-ın məlumatına görə, iclası açıq elan edən komissiya sədri, Prezident Administrasiyasının İctimai -siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bu gün faktiki olaraq YAP partiyalararası əlaqələr üzrə gələcək siyasətinin müəyyən olunması, bu sahədə görüləcək işlərin ümumi konseptual yanaşmasını və digər əsasların müzakirə olunmasını başladır.

O qeyd edib ki, faktiki olaraq ilk dəfədir ki,komissiya çərçivəsində Azərbaycan parlamentində təmsil olunan digər siyasi partiyaların sədrlərinin və nümayəndələrinin iştirakı ilə hakim partiyanın partiyalararası əlaqələr üzrə komissiyasının iclası keçirilir: "YAP öz gücünə, nüfuzuna, üzvlərinin sayına, partiyanın əsas rəhbər heyətinin hakimiyyətdə təmsil olunmasına, partiya sədrinin ölkə prezidenti olmasına və digər əlamətlərinə görə Azərbaycan cəmiyyətini idarə edən əsas aparıcı qüvvədir.Ona görə də bu partiyanın bütün ali orqanlarının toplantıları istər-istəməz cəmiyyətə təsir göstərir. Azərbaycan cəmiyyətinin səfərbər olmasında, yönəldilməsində, cəmiyyətdəki ayrı - ayrı qrup insanlar sosial vəsiyasi strukturlar arasındakı münasibətləri nizama salınmasında bu özünü göstərir. Ona görə düşünürəm ki, bu günkü komissiyanın iclası da müəyyən məsələlər üzrə xoş mesajlar verəcək və biz gələcəkdə bütövlükdə cəmiyyətdə partiyalar arası münasibətin vahid strategiyasını müəyyən edəcəyik".

Komissiyanın iclasının müzakirəsinə aşağıdakı mövzular daxildir:

- Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti haqqında məlumatların toplanması, təhlil edilməsi və ümumiləşdirilməsi

- Siyasi partiyalar və onların yerlibölmələri haqqında məlumat bazasının yaradılması

- Azərbaycanda siyasi partiya sisteminin təhlil edilməsi, siyasi təşkilatların təsnifatının aparılması

- Vətəndaş cəmiyyətinə nail olmaq məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyalarla dialoqun və partiyalararası əməkdaşlığın genişləndirilməsi

- Cəmiyyəti narahat edən aktual mövzularla bağlı siyasi partiyalarla ikitərəfli və çoxtərəfli görüşlərin, konfrans və dəyirmi masaların təşkili

- YAP Gənclər Birliyinin və Qadınlar Şurasının digər iqtidaryönümlü partiyaların gənclər birlikləri və qadınlar təşkilatları ilə qarşılıqlı əlaqələrin qurulmasının təmin edilməsi

- Siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi

- Partiyalararası əlaqələr və dialoq məsələlərinə dair beynəlxalq təcrübənin öyrənilməsi

- Partiyalararası əməkdaşlıqla bağlı Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyaların təkliflərinin öyrənilməsi

- Elektron və yazılı kütləvi informasiya vasitələrində partiyalararası əlaqələr və dialoq məsələlərinə həsr olunmuş materialların verilməsi

- Ali məktəblərdə politologiya ixtisası üzrə təhsil alan tələbələr arasında partiyalararası əməkdaşlıq və dialoq mövzusunda yazı müsabiqəsinin təşkil edilməsi

İclasda çıxış edən parlamentdə təmsil olunan partiyaların rəhbərləri, nümayəndələri və YAP-dan olan deputatlar, partiya rəhbərliyinin nümayəndələri öz fikirlərini bildiriblər.

Hazırda iclas çıxışlarla davam edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm