İqtisadiyyat və sənaye naziri Salyanda vətəndaşları qəbul edib
Bizi izləyin

Qırmızı.az

İqtisadiyyat və sənaye naziri Salyanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. 2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin bölgələrdə ilk vətəndaş qəbulu yanva

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. 2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin bölgələrdə ilk vətəndaş qəbulu yanvarın 18-də Salyan rayonunda təşkil edilib.

Publika.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarından 50-yə yaxın vətəndaş iştirak ediblər. Vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması, əkin sahələrinin su təchizatı, məktəblərin istilik təminatı, sosial və s. məsələlərlə bağlı müraciət etmiş, təkliflərini bildiriblər. Vətəndaş müraciətləri diqqətlə dinlənilib, nazir Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, bir sıra vətəndaş müraciətləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm