• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

DSMF sədri Gəncədə vətəndaşları qəbul edəcək

DSMF sədri Gəncədə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev aprelin 23-də saat 11:00-da Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

DSFM-nin ictimaiyyətlə əalqələr şöbəsindən Publika.Az-a verilən məlumata görə, görüş Kəpəz rayon şöbəsinin inzibati binasında keçiriləcək.

Görüşdə Gəncə şəhərinin və Yevlax, Naftalan, Samux, Göygöl, Goranboy, Xocalı, Daşkəsən, Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34; Gəncə şəhər Nizami rayon şöbəsində (0222) 55- 12- 22 Gəncə şəhər Kəpəz rayon şöbəsində (0222) 64-42-07 Yevlax rayon şöbəsində (02233) 6-29-77 Naftalan rayon şöbəsində (02235) 2-17-55 Samux rayon şöbəsində (02227) 5-15-13 Göygöl rayon şöbəsində (02220) 5-50-15 Goranboy rayon şöbəsində (02224) 5-13-00 Xocalı rayon şöbəsində (02224) 7-44-14 Daşkəsən rayon şöbəsində (02221) 5-31-07 Kəlbəcər rayon şöbəsində (02221) 58-12-45 Qəbulda iştirak edəcək vətəndaşların aprelin 23-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhər Kəpəz rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR