• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Capital Finance International": "Birinci xanım daha gözəl dünya üçün çalışır"

"Capital Finance International": "Birinci xanım  daha gözəl dünya üçün çalışır"

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xarici ölkələrə səfərləri zamanı ağıl, insanlar və ürəklər bir araya gəlir, Şərq ilə Qərb qovuşur və yaxşı əməllər ortaya çıxır. Birinci xanım qadınlara və uşaqlara göstərilən diqqət və qayğının rəmzidir. Dünyanı müsbət mənada dəyişməyi qarşısına məqsəd qoymuş UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanda səhiyyə, təhsil, mədəni irsin qorunması və s. sahələrdə həyata keçirilmiş mühüm layihələrin təşəbbüskarıdır.

AzərTAc xəbər verir ki, bu fikirlər İngiltərənin "Capital Finance International" jurnalının saytında dərc edilmiş "Mehriban Əliyeva - Azərbaycan başda olmaqla birinci xanım daha gözəl dünya üçün çalışır" sərlövhəli məqalədə qeyd olunub.

Məqalədə bildirilib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində mühüm layihələr həyata keçirir, ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərdə fəal iştirak edir.

Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycanda müasir məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının və s. inşasında mühüm rol oynayır.

Azərbaycanın birinci xanımının sivilizasiyalararası dialoqun və dini tolerantlığın möhkəmləndirilməsi işinə verdiyi töhfələrin xüsusi vurğulandığı yazıda Heydər Əliyev Fondunun Macarıstanda, Rumıniyada və Şərqi Avropanın digər ölkələrində kimsəsiz uşaqlara yardım məqsədilə həyata keçirəcəyi iddialı planlardan geniş söhbət açılıb.

Bildirilib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond Versal sarayının və Strasburg Katedralının bərpasına maliyyə yardımı göstərib. Azərbaycanın birinci xanımı ictimai, mesenatlıq fəaliyyəti, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələrə görə Fransa Respublikası Prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Yazıda vurğulanıb ki, Mehriban Əliyeva misilsiz xidmətləri ilə Azərbaycanın zəngin milli mənəvi dəyərlərini bütün dünyada layiqincə təbliğ edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR