Respublika ərazisində bu günə olan hava haqqında məlumat
Bizi izləyin

Qırmızı.az

Respublika ərazisində bu günə olan hava haqqında məlumat

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Temperatur gecə 2-5°, günün birinci yarısında 10-15°, axşama doğru 6-8° isti, Bakıda gecə 3-5°, günün birinci yarısında 12-14°, axşama doğru 6-8° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s.

Temperatur gecə 8-13°, bəzi yerlərdə 16° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, bəzi yerlərdə 6°-dək isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

Temperatur gecə 2-7° şaxta, gündüz 4-9° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz olacaq.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam şərq rayonlarında az yağıntılı olacağı gözlənilir.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında

hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14°, bəzi yerlərdə 17° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında

hava, əsasən, yağmursuz olacaq.

Temperatur gecə 3-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-9° isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm