Ana və qızı dəm qazında boğularaq ölüb - FHN məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

Ana və qızı dəm qazında boğularaq ölüb - FHN məlumat yaydı

Bakıda ana və qızı dəm qazında boğularaq ölməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bakıda ana və qızı dəm qazında boğularaq ölməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Publika.az xəbər verir ki, Məlumtda bildirilib ki, nazirliyə Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında iki nəfərin köməksiz vəziyyətdə qalması barədə xəbər daxil olub.

Qurumun xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən evdə qalanların telefon zənglərinə və qapının döyülməsinə reaksiya vermədikləri bəlli olub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin qapısını açıblar. Mənzilə baxış keçirilərkən evdə qalan iki nəfərin vanna otağında vəfat etdiyi müəyyən olunub.

Qeyd edək ki, hadisə Yasamal rayonun Bünyadazə küçəsi ev 8, mənzil 19 ünvanında baş verib.Həmin ünvanda yaşayan, 1967-ci il təvəllüdlü Dürdanə Malik qızı Səmədova və onun qızı, 2010-cu il təvəllüdlü Kübra İbrahim qızı Səmədova hamamda çimərkən dəm qazından boğularaq ölüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm