Bakıda 2 yanğın hadisəsi baş verib
Bizi izləyin

Qırmızı.az

Bakıda 2 yanğın hadisəsi baş verib

Bakıda ötən gün axşam saatlarında 2 yanğın hadisəsi qeydə alınıb.

Bakıda ötən gün axşam saatlarında 2 yanğın hadisəsi qeydə alınıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisələrindən biri paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 51 kv.m olan ikiotaqlı mənzildə baş verib. Nəticədə, mənzilin mətbəx mebeli 2 kv.m sahədə və "Beko" markalı paltaryuyan qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Bakı Nizami rayonunda vətəndaşa məxsus sexin ərazisində baş verib. Nəticədə, ümumi sahəsi 10 kv.m olan köşkün yanar konstruksiyaları yanıb. Sex yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm