• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Dövlət qulluğunda işləmək istəyənlərə müjdə

Dövlət qulluğunda işləmək istəyənlərə müjdə

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilib. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından verilən məlumata görə, müsabiqəyə və ümumi müsahibəyə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələri çıxarılıb.



Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 326-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 99-u isə məhkəmə orqanlarının aparatındadır.



Ümumin müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 19-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 1-i birinci instansiya məhkəmə orqanının aparatındadır.



Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər. Müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.



Müsabiqədə iştirak etmək üçün qeydiyyat aprelin 23-dən mayın 22-si saat 18:00-dək keçiriləcək. Ümumi müsahibədə iştirak etmək sənədlərin qəbulu aprelin 23-dən mayın 12-si saat 18:00 dək aparılacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR