Bu gün yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Bu gün yağış yağacaq

Hava yağışlı olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, günün ikinci yarısından başlayaraq yağış yağacağı ehtimal olunur. Arabir güclənən şimal küləyi əsəcək.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 22-dək davam edəcək.

Bölgələrdə də bu gün hava şəraitinin qeyri-sabit keçəcəyi, səhər əsasən şimal rayonlarında, axşama doğru isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraitinin yanvarın 22-dək davam edəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm