Qırmızı.az
Bu gün Azərbaycanda 27 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı istisna olunmur. Temperaturu gecə 10-14°, gündüz 18-23° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gün ərzində, əsasən, yağmursuz
olacaq. Temperatur gecə 7-12°, gündüz 21-26° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və
axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir. Gündüz, əsasən, yağmursuz olacaq. Temperatur gecə 4-9°,
gündüz 13-18° isti olacaq.
Qaza, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında, əsasən, yağmursuz, lakin axşam bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə
7-12°, gündüz 19-24° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış
yağacağı gözlənilir. Gündüz, əsasən, yağmursuz olacaq. Temperatur
gecə 6-11°, gündüz 17-22° isti, dağlarda gecə 1-6°, gündüz 10-15°
isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, yağmursuz
olacaq. Temperatur gecə 8-13°, gündüz 22-27° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında, əsasən, yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 8-12°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 14-19° isti olacaq.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO