Qırmızı.az
Məşhur İsgəndəriyyə kitabxanasının direktoru Bakı forumundan DANIŞDI
“Bu gün dünyanı narahat edən məsələlərə dair müzakirələrin səkkiz əsr öncə yaşamış böyük şair Nizami Gəncəvinin yurdunda keçirilməsi təqdirəlayiqdir”.
Publika.az-ın məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumu haqda danışarkən söyləyib.
Onun sözlərinə görə, hazırda dünyanın müxtəlif yerində münaqişələr zamanı zor tətbiq etməkdən tutmuş, ətraf mühitin çirklənməsinə, bir çox cəmiyyətlərdə qadınlara qarşı diskriminasiyanın davam etməsinə, azlıqların təcrid olunmasına qədər bir çox məsələlər təhlil edilib dəyişdirilməlidir. İ.Serageldin deyib: “Biz bu məsələlərin müzakirəsini dünyanın nüfuzlu simalarının iştirakı ilə açıqlılıq səviyyəsinə gətirmək qərarına gəlmişik. Biz öz uşaqlarımıza həqiqətən də açıq cəmiyyətlər yarada biləcək və hər kəs üçün sülhə, dayanıqlığa yardım edəcək siyasət formalarını aşılamağa borcluyuq”.
Qeyd edək ki, 2013-cü ilin mayında Bakıda başlayan müzakirələri daha da dərinləşdirmək və dünyanın, eləcə də regionun üzləşdiyi problemləri ortaya çıxarmaq məqsədilə II Qlobal Müştərək Cəmiyyətlər Forumu keçiriləcək. Tədbiri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu təşkil edir. Forumda əksəriyyəti sabiq dövlət və hökumət rəhbəri olan 150-dən artıq qonaq iştirak edəcək.
Vasif Həsənli
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO