Bir erməni əsgəri öldürüldü
Bizi izləyin

Qırmızı.az

Bir erməni əsgəri öldürüldü

Qarabağdakı erməni hərbi qüvvələri yanvarın 19-dan 20-ə keçən gecə təmas xəttində bir neçə istiqamətdən Azərbaycan ordusunun təxribat qrupunun hücumuna məruz qaldığını bildirir.

Məlumatda iddia edilir ki, hücumun qarşısı alınarkən kiçik çavuş Armen Ovannisyan həlak olub, Azərbaycan əsgərləri də canlı qüvvə və texnika sarıdan itki verərək geri çəkiliblər.

Bunlar Qarabağı nəzarətdə saxlayan erməni qüvvələrinin rəsmi məlumatıdır.

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə ANS PRESS-ə bildiriblər ki, qoşunların təmas xəttində hər hansı hadisə qeydə alınmayıb, Ermənistan mətbuatında yayılan məlumatlar dezinformasiya və təxribat xarakteri daşıyır: "Ermənistan ordusundakı itkilər hərbi hissələrdəki nizam-intizamın aşağı səviyyədə olması, zabitlərlə əsgərlər, həmçinin Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulması nəticəsində baş verir" - deyə Azərbaycanın Müdafiə Nazirliyi bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm