İşçisinə təcavüzdə suçlanan baş redaktor Bakıda yandırıldı - ŞOK
Bizi izləyin

Qırmızı.az

İşçisinə təcavüzdə suçlanan baş redaktor Bakıda yandırıldı - ŞOK

Suraxanı rayonunun Bülbülə qəsəbəsində Ağdam rayon sakininin yandırılmış meyiti tapılıb.

Suraxanı rayonunun Bülbülə qəsəbəsində Ağdam rayon sakininin yandırılmış meyiti tapılıb.

Rayon sakini Soltanov Sadiq Arazxan oğlu ötən gecə sözügedən yaşayış məntəqəsinə, dostu gildə gecələməyə gedib. Bu gün onun meyiti yandırılmış halda aşkarlanıb.

S. Soltanovun üzərinə benzin tökərək od vurublar.

Mərhumun cəsədi bu gün axşam saatlarında doğulduğu Üçoğlan kəndinə gətirilərək dəfn olunub.

Mərhum "Mizan-Tərəzi" qəzetinin baş redaktoru kimi təqdim olunub və bu qəzetin qadın işçisi bir neçə gün əvvəl zorlama şikayəti ilə bağlı polis bölməsinə şikayət etmişdi.

Mərhumun hansı səbəbdən öldürülməsi qaranlıq olaraq qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm