Qırmızı.az
"Təhsil inklüziv cəmiyyət üçün lazımdır" - Mikayıl Cabbarov
“Qarşılıqlı anlaşmada təhsil məsələsi əsas götürülməlidir”.
Publika.az-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bildirib.
Nazir deyib ki, mədəni müxtəlifliklərlə bağlı bir beynəlxalq fondun yaradılması da yaxşı olardı: “Mən çox fərəhlənirəm ki, Heydər Əliyev tərəfindən əsas qoyulan kurs nəticəsində Azərbaycan dayanıqlı inkişafa nail olub. Açıq cəmiyyətlərdə prosesə kimsə sahiblik etməlidir. Ancaq belə yolla uğur qazana bilərik. Bəlkə də mübahisəli qarşılana bilər, nəticələr fəaliyyət göstərilən mühitdən də asılıdır”.
***
“Əgər insanın təhsilə yanaşması çevikdirsə, o ətrafında olan reallığa daha tez uyğunlaşa bilər. Belə deyək ki, o şəxslərin beyninə betondan konsepsiyalar yeridilməyibsə və onlar bunun girovu deyilsə, bu zaman təhsilə çevik yanaşmadan söhbət açmaq olar”.
Publika.az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov bildirib.
Təhsil naziri qeyd edib ki, futuroloqların proqnozlarına görə peşələrin 80 faizi bu gün tanınmayan peşələr qrupuna daxildir: “Bu da təhsil sistemi qarşısında böyük sual qoyur. Əgər bu gün cəmi 20 faiz iş yerləri ənənəvi iş yerləri olacaqsa, 80 faizi isə tanınmayan peşələr olacaqsa, biz şagirdləri məktəblərdə nəyə hazırlayaq? Buradan belə çıxır ki, təhsil sistemində çevikliyə əsas var. Oktyabr ayında Azərbaycanda Təhsilin İnkişafı üçün Dövlət Strategiyası qəbul olunub. Həmin strategiyada inküliziv təhsil sahəsinin ölkəmizdə daha da genişlənməsi öz əksini tapıb. Orada cəmiyyətin bütün təbəqələrinin inküliziv təhsillə əhatə olunması üçün bir sıra məsələlər qoyulub. Bu mövzunun inkişaf etdirilməsində təhsilin çox böyük rolu var. İnküliziv cəmiyyətin yaradılmasında təhsilin çox böyük rolu var. Bu gün bizi müşahidə etdiyimiz proseslər onu göstərir ki, getdikcə yeni peşələrin sayı artır. Aparılan araşdırmalara əsasən bu gün 9 yaşı olan uşağın bu gün mövcud olmayan peşələrdən seçim imkanı təxminən 80 faizi bərabərdir. 22-23 yaşında bir şəxs işə başlayanda, biz onun seçdiyi peşəni 90 faiz tanımırıq, o peşə hələ yaranmayıb".
Vasif Həsənli
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ