
Bakıda "Hyudai" markalı minik avtomobilləri toqquşdu, ölən var.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə
bildiriblər ki, dünən saat 20:30 radələrində Nizami rayonu Babək
prospektində Bakı şəhər sakinləri 1949-cu il təvəllüdlü Salam
Qədirovun idarə etdiyi "Hyundai-Sonata" markalı və Kamran Həsənovun
idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillər
toqquşub.
Nəticədə, S.Qədirov aldığı xəsarətdən xəstəxanada
ölüb.