Nişanlı qız intihardan 2 gün əvvəl başqa oğlanla qaçıbmış
Bizi izləyin

Qırmızı.az

Nişanlı qız intihardan 2 gün əvvəl başqa oğlanla qaçıbmış

Aprelin 28-də Saatlı rayonundakı Mustafabəyli kənd sakini, 18 yaşlı Rəmziyyə Əlibala qızı Şəmmədova yaşadığı həyətdə özünü ağacdan asıb. Ancaq onun atası tərəfindən öldürülərək asıldığı da ehtimal olunur.

Atası isə bu məlumatı inkar edib. Paytaxta fəaliyyət göstərən hüquq müdafiəçilərinə çatan xəbərlərə görə, Rəmziyyə Şəmmədova ölümündən iki gün əvvəl Sabirabad sakini olan sevdiyi oğlanla qaçıbmış. Daha sonra evlərinə qayıdan qız atası və qardaşı tərəfindən qəddarlıqla döyülüb. Qızın ailənin zorakı təzyiqlərinə dözməyərək özünü asdığı deyilir. Rayon polislərinin qızın atasını yasa görə sərbəst buraxdığı iddia olunur. /Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm