Həkimlərə baltalı hücum
Bizi izləyin

Qırmızı.az

Həkimlərə baltalı hücum

Çağırışa gedən həkimlərə hücum olub. Moskvanın Kapotnya rayonunda "Psixiatrik yardım" dəstəsi adəti üzrə çağırış qəbul edib və öz işini görməyə yola düşüb.

Kapotni kvartalındakı 11 saylı binanın yanındakı hadisə yerinə gələndə onların üstünə baltayla silahlanmış bir kişi hücum edir. Sanitarlar kişinin adekvat olmayan bu hərəkətinə təəccüblənsələr də, özlərini müdafiə etməyə çalışırlar.



Müdafiə və aqressiv kişidən qorunma cəhdi həkimlərdən birinin əlindən yaralanması, digərinin isə kəllə-beyin travması alması ilə nəticələnib. Hücum edən kişi baltası ilə birlikdə naməlum tərəfə qaçaraq gözdən itib.



İnsident barədə hüquq mühafizə orqanlarına müraciət edilib, hücum edən kişinin axtarışına başlanıb.



Axtarılan şəxsin ağır xəstə olduğu, eyni zamanda uzun zaman psixiatr qeydiyyatında olan təhlükəli pasient olduğu bildirilir./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm