1 May mitinqi üçün təyyarəni qaçırmaq istədi
Bizi izləyin

Qırmızı.az

1 May mitinqi üçün təyyarəni qaçırmaq istədi

50 yaşlarındakı bir şəxs Türkiyə təyyarəsini qaçırmaq istəyib.

Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Quzey Kıbrıs Türk Cumhuriyyətindən Ankaraya səfər edən sərnişin təyyarəsini qaçırmaq istəyən şəxs "Ustümdə bomba var" deyib.

Təyyarə piratı cib telefonunun naviqasiya sistemi ilə təyyarəni təqib etdiyini bildirib. Və qeyd edib ki, təyyarə İstanbula getməsə təyyarəni partladacaq.

Sərnişinləri vahiməyə salan kişi sonra təyyarənin ayaqyoluna girərək qapını kilidləyib. Təyyarə Ankaraya endikdən sonra polis təyyarə piratını zərərsizləşdirib.

Təyyarəni qaçırmaq istəyən şəxs bildirib ki, 1 May mitinqində iştirak etmək üçün İstanbula getmək istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm