“Faktlar təhrif olunub” - Çingiz Hüseynzadə ANS-i ittiham etdi – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

“Faktlar təhrif olunub” - Çingiz Hüseynzadə ANS-i ittiham etdi – ÖZƏL

“Faktlar təhrif olunub” - Çingiz Hüseynzadə ANS-i ittiham etdi – ÖZƏL

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yerlərdə yeni olimpiya komplekslərinin inşası zamanı korrupsiya hallarına yol verilməsi barədə yayılan məlumatları şərh edib.

Vitse-prezident Ç.Hüseynzadə Publika.az-a açıqlamasında deyib ki, bu barədə yayılan məlumatlar doğru deyil: “Olimpiya komplekslərinin inşası zamanı yeyinti halları olması barədə mənim əlimdə heç bir informasiya yoxdur. Bu barədə yayılan məlumatlar inandırıcı deyil. Mən bu barədə ANS TV-də yayımlanan süjeti də izləmişəm. Orada çox şeylər doğru deyilməyib və faktlar təhrif olunub. Bu obyektlərin hamısı dövlət tərəfindən inşa olunub. Digər tərəfdən isə mənim elə səlahiyyətim yoxdur ki, bu obyektlərlə bağlı nəyisə araşdırım”.

Ç.Hüseynzadə həmçinin qeyd edib ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarına hazırlıq işləri hazırda yüksək səviyyədə həyata keçirilir.

Gənclər və idman naziri Azad Rəhimovun vəzifədən çıxarılacağı barədə yayılan məlumatlara da toxunan Ç.Hüseynzadə deyib: “Bunların hamısı boş-boş söhbətlərdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm