“Yeni Media" ANS-i saytlarla bağlı qərara yenidən baxmağa çağırır
Bizi izləyin

Qırmızı.az

“Yeni Media" ANS-i saytlarla bağlı qərara yenidən baxmağa çağırır

"KİV haqqında Qanun”a görə internet saytların istehsal etdikləri xəbərlər, məlumatlar "KİV məhsulu" hesab edilmir. Eyni zamanda onlyan mediada aqreqator saytlar, internet qəzetlər və sosial media anlayışı tam ayırd edilmədiyindən belə bir qərar onlayn Kİ

"Yeni Media Jurnalistləri" İctimai Birliyi ANS telekampaniyasını intetnet saytları məhkəməyə verməklə bağlı qərarına yenidən baxmağa çağırır. Publika.Az xəbər verir ki, bu barədə təşkilatın sədri Xaqani Səfəroğlu bildirib.

Təşkilat hesab edir ki, ölkədə onlayn KİV-lərin təşəkkülü media müstəvisində böyük canlanma yaradıb. İnternet KİV-lərin informasiya yayımında əhəmiyyətli mövqeyə çıxması cəmiyyətin xəbər təminatında yeni bir imkanlar yaradıb. Odur ki, bu müstəvidə bəzi peşəkarlıq problemlərinin yaranacağı da istisna olunmur.

Digər tərəfdən, ”internet dalğa” özü ilə yeni media sahəsində bir sıra hüquqi boşluqları da üzə çıxarıb. Belə ki, "KİV haqqında Qanun”a görə internet saytların istehsal etdikləri xəbərlər, məlumatlar "KİV məhsulu" hesab edilmir. Eyni zamanda onlyan mediada aqreqator saytlar, internet qəzetlər və sosial media anlayışı tam ayırd edilmədiyindən belə bir qərar onlayn KİV-lərə, yeni mediaya qarşı müxtəlif iddiaların qaldırılması üçün əsas verə bilər.

YMJ on-layn media ilə bağlı qanunvericilikdə boşluqların aradan qaldırılmasını vacib sayır və problemi qarşılıqlı razılıq əsasında çözülməsini təklif edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm