Qırmızı.az
Bakıda "stoyanşik"ləri ağıllı texnika əvəzləyəcək
Bakılı sürücülərin gözlərinin öyrəşdiyi dayanacaq işçiləri (el arasında onlara stoyanşik də deyirlər) artıq olmayacaq. Onları ağıllı texnika əvəz edəcək. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, Bakıda parkomatlar işləyəcək.
Həmin avadanlıqların nə vaxt quraşdırılacağı barədə rəsmi məlumat
yoxdur.
Milli.Az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi
təyinatlı avtomobil nəqliyyatı idarəsinin rəisi Həsən
Abdullayev Day.Az-a
açıqlamasında bildirib ki, parkomatlar Fransadan gətiriləcək.
"Gətiriləcək avadanlıqların sayı hələ ki, bəlli deyil. Hazırda
həmin məsələ müzakirə olunur. Ancaq onu deyə bilərəm ki,
avadanlıqlar mayın axırına qədər paytaxta gətiriləcək. Parkinq
qiymətləri isə Tarif Şurasının qərarı ilə müəyyənləşəcək", - o
əlavə edib.
Qeyd edək ki, belə avadanlıqlar artıq bəzi yeraltı dayanacaqlarda
istifadə edilir.
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar