Azərbaycanlı Rusiyada 6 qızı zorlamaqda günahlandırılır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı Rusiyada 6 qızı zorlamaqda günahlandırılır

Azərbaycanlı Rusiyada 6 qızı zorlamaqda günahlandırılır

Rusiyada 6 qızı zorlamada ittiham edilən azərbaycanlı məhkəmə qarşısına çıxacaq. ANS PRESS-in məlumatına görə, Meqion şəhərində yaşayan 24 yaşlı Azərbaycan vətəndaşı yaşı 14-15 arasında olan 6 qızı zorlamaqda ittiham edilir.


İstintaq materiallarına görə, bu hadisə 2011-ci ilin avqust ayında baş verib. "22 yaşlı Azərbaycan vətəndaşı yetkinlik yaşına çatmayan qızlarla küçədə qarşılaşıb. O, qızları hədələyərək, eləcə də zor tədbiq edərək Sadovaya küçəsindəki evlərdən birinə gətirib və ya maşınla şəhərdən kənara çıxarıb. Burada da zorakılıq əməllərini törədib".


Adı açıqlanmayan şəxsin əməllərinin üstü 2011-ci ilin oktyabrında zərərçəkənlərdən birinin anasının polisə müraciət etməsindən sonra açılıb. Lakin o qaçaraq gizlənə bilib. Axtarışa verilən 24 yaşlı gənc hadisədən 2,5 il sonra, bu ilin fevral ayında saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm