TQDK-dan abituriyentlərə önəmli xəbər
Bizi izləyin

Qırmızı.az

TQDK-dan abituriyentlərə önəmli xəbər

Tələbə Qəbulu Üzrə Dövlət Komitəsi(TQDK) elektron ərizələrinin təsdiqini tapmış abituriyentlərlə bağlı məlumat yayıb.



Məlumatda bildirilir ki, abituriyentlərin imtahan verəcəyi yer və digər zəruri məlumatlar “İmtahana buraxılış vərəqi”ndə qeyd olunacaq. “İmtahana buraxılış vərəqi”ni imtahandan bir neçə gün əvvəl elektron ərizə dolduran zaman istifadə etdikləri iş nömrəsi və şifrədən istifadə etməklə TQDK-nın internet saytından çap edə bilərlər. İmtahana gedərkən buraxılış vərəqini və şəxsiyyət vəsiqəsinin əslini özləri ilə aparmalıdırlar. Elektron ərizələrini təsdiq edib, lakin çap edə bilməyən abituriyentlər elektron ərizəni çap etmək məcburiyyətində deyillər. Ərizənin çap olunmaması onların imtahanda iştirakına mane olmayacaq.



Qeyd: Elektron ərizə dolduran zaman istifadə edilən iş nömrəsi və şifri itirən abituriyentlər həmin iş nömrəsi və şifri aldıqları nömrədən 2 yazıb 7745 nömrəsinə göndərə bilərlər. Əgər iş nömrəsi və şifri internet ödəmə vasitəsilə əldə ediblərsə, o zaman şəxsiyyət vəsiqəsilə TQDK-ya və ya onun regional bölmələrinə yaxınlaşa bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm