Qırmızı.az
Nazirlik daş karxanalarında yoxlama aparıb, işi dayandırılıb
Mayın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən “NFT” MMC-yə və fərdi sahibkar Babayev Atabəy Mirbaba oğluna məxsus daş karxanalarında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə yoxlama aparılıb.
Yoxlamada Sənaye və İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri də iştirak edib. Yoxlama zamanı daş karxanalarında işçilərlə ilə əmək müqaviləsinin bağlanılmadığı, avadanlıq və qurğuların işinin işçilərin sağlamlığı və həyatı üçün təhlükə törətdiyi, həmçinin işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmadığı aşkar edilib. Aşkar olunan hüquq pozuntularına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 229-cu maddəsi rəhbər tutulmaqla daş karxanalarında daş kəsən maşınların fəaliyyəti qeyd olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb. Əmək müqaviləsi bağlanmadan işçilərin işə cəlb edilməsi və əməyin mühafizəsi qaydalarının pozulması barədə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq göstərişlər verilib və protokol tərtib edilib. Qeyd edək ki, Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."