BANM A&M Universiteti ilə magistr hazırlığı layihələrinə başlayacaq
Bizi izləyin

Qırmızı.az

BANM A&M Universiteti ilə magistr hazırlığı layihələrinə başlayacaq

Rektor Elmar Qasımovun rəhbərlik etdiyi və Tədris elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətovdan və Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayevadan ibarət nümayəndə heyətinin Texas A&M Universitetindəki görüşündə bu univeristetin prezidenti cənab Jon Şarp, Federal və Dövlət əlaqələri üzrə vitse- prezident cənab Tommi Villyams və Tədris üzrə vitse- prezident cənab Jeym Hallmark iştirak ediblər.

Bakı Ali Neft Məktəbinin rektoru cənab Elmar Qasımov universitetin rəhbərlərinə Azərbaycanın müstəqillik tarixi, bu tarix ərzində ölkənin əldə etdiyi uğurlar, o cümlədən Dağlıq Qarabağ problemi haqqında ətraflı məlumat vermiş Azərbaycanın regionda lider dövlət və dünyanın sürətlə inkişaf edən ölkələrinin sırasında olduğunu, dünya enerji bazarında müstəqil siyasət yürütdüyünü vurğulayıb və bu mövqeni saxlamaq üçün yüksəkixtisaslı mütəxəssislərə ehtiyac olduğunu bildirib. Daha sonra rektor Bakı Ali Neft Məktəbinin yaranma tarixinin, əldə etdiyi uğurlar, tədrisin ingilis dilində Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğun təşkil edildiyi haqqında danışmış bu məqsədə çatmaq üçün Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirib. O, mütəxəssis hazırlığında Avropanın və Amerikanın qabaqcıl universitetlərinin təcrübəsindən istifadə edilməsinin Bakı Ali Neft Məktəbinin fəaliyyətinin prioritetlərindən olduğunu vurğulayıb, Şirkətin həyata keçirdiyi iri layihələr haqqında məlumatlar verib və Bakı Ali Neft Məktəbinin yaradılmasının təşəbbüskarı kimi Şirkətin də yükskixtisaslı mütəxəssislərə ehtiyacının ödənilməsində maraqlı oduğunu qeyd edib.

Rektor hər iki tərəfin əməkdaşlığının müxtəlif xarakterli təhsil layihələri üzərində qurulmasının vacibliyini vurğulayıb və əməkdaşlıq əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirib.

Görüşün nəticəsində tərəflər əməkdaşlığın sonrakı inkişafı ilə bağlı həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib.

Daha sonra universitetin Mühəndislik kollecinin icraçı dekan müavini profesor N.Anandla nümayəndə heyətinin görüşü baş tutmuş, neft-qaz mühəndisliyi ixtisası üzrə birgə magistr hazırlığı layihəsinin müxtəlif aspektləri hər tərəfli müzakirə olunmuş və təxirə salınmadan layihənin icrasına start verilməsi qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm