SOCAR-dan yanğınla bağlı AÇIQLAMA (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

SOCAR-dan yanğınla bağlı AÇIQLAMA (YENİLƏNİB)

FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda ona məxsus məktəbdə yanğının baş verməsi ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirib.

Şirkətdən Trend-ə bildirilib ki, ARDNŞ-yə məxsus heç bir təhsil müəssisəsində yanğın baş verməyib. Təhsil müəssisəsinin binasının arxasında - tikinti aparılan sahədə tullantılar yandırılıb. Həmin yanğının tüstüsü isə binaya tərəf gəlib. Buna görə də ARDNŞ-yə məxsus təhsil müəssisəsindəki şəxslər evakuasiya ediliblər.

Yanğın artıq lokallaşdırılıb.

14:04

Fövqəladə Hallar Nazirliyi SOCAR-ın məktəbindəki yanğınla bağlı məlumat yayıb.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda inzibati binada yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək.

13:53

“SOCAR”ın Bibiheybətdə yerləşən məktəbində yanğın bir neçə dəqiqə əvvəl baş verib.

Bu barədə Səbail rayon polis idarəsindən AzNews.az-a verilən məluma görə, hazırda rayonun polis əməkdaşları hadisə yerindədirlər.

Bununla belə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti birqadaları da yanğının söndürülməsi üçün hadisə yerinə cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm