Mənzildə huşunu itirmiş şəxs xilas olunub
Bizi izləyin

Qırmızı.az

Mənzildə huşunu itirmiş şəxs xilas olunub

Sumqayıtda bu gecə mənzildə bağlı qapı arxasında 1 nəfər qalıb.

Sumqayıtda bu gecə mənzildə bağlı qapı arxasında 1 nəfər qalıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhan nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə nərdivan vasitəsilə qalxaraq eyvandan içəri daxil olublar. Mənzilə baxış keçirilərkən döşəmədə huşsuz vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm