“ASAN Könüllüləri” Heydər Əliyev zirvəsinə yürüş təşkil edib
Bizi izləyin

Qırmızı.az

“ASAN Könüllüləri” Heydər Əliyev zirvəsinə yürüş təşkil edib

“ASAN Könüllüləri” Heydər Əliyev zirvəsinə yürüş təşkil edib

“ASAN Könüllüləri” Gənclər Təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibəti ilə yürüş təşkil edib. Publika.az-ın məlumatına görə, Gənclər Təşkilatının üzvləri Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsini fəth ediblər. Könüllülər ümummilli liderə gənclərin böyük ehtiramının əlaməti kimi “ASAN Könüllüləri" Gənclər Təşkilatının və "ASAN xidmət”-in bayraqlarını bu zirvədə dalğalandırıblar.

“ASAN Könüllüləri” Gənclər Təşkilatı ümummilli lider Heydər Əliyevin xatirəsini anma münasibəti ilə müxtəlif tədbirlərin həyata keçirilməsini planlaşdırır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm