Məmur övladının cinayət işini aparan rəisdən - Açıqlama
Bizi izləyin

Qırmızı.az

Məmur övladının cinayət işini aparan rəisdən - Açıqlama

“İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Şərif Əsədullayevin övladı Tamerlan Əsədullayevlə bağlı təhqiqat davam edir”.

Bu barədə “Axar.az”a açıqlamasında Yasamal Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi, T.Əsədullayevin 27-ci polis bölməsində polisləri döyməsi və bölmənin növbətçi hissəsinin şüşəsini sındırması ilə bağlı başlayan təhqiqat işinin təhqiqatçısı Xıdır Xıdırov deyib.

O, istintaqın nəticəsi ilə bağlı yalnız bir cümlə deməklə kifayətlənib:

“Hazırda təhqiqat davam etdirilir və başlayandan bəri də dayandırılmayıb. Nəticə barədə heç nə deyə bilmərəm”.

Qeyd edək ki, az öncə saytımızda İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi polkovnik Şərif Əsədullayevin oğlunun polis bölməsinin əməkdaşlarına qarşı güc tətbiq etdiyi və polisləri ölümcül halda döydüyü barədə xəbər dərc olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm