Şeyxdən nurçu və vəhabilərə sərt xəbərdarlıq
Bizi izləyin

Qırmızı.az

Şeyxdən nurçu və vəhabilərə sərt xəbərdarlıq

“Axundlar, imamlar islamı elə çatdırmalıdırlar ki, heç bir təfriqə olmasın”.

Məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda QMİ sədri Allahşükür Paşazadə deyib. O bildirib ki, Azərbaycanın bütövlüyü və dövlətçilik hər şeydən önəmlidir:

“İstər vəhhabi, istər nurçu, istər digər cərəyanlar olsun, dövlətçiliyə qarşı mübarizə aparanlara qarşı amansızlıqla mübarizə aparacağıq. Burada səfirlər də var, mən mövqeyimi açıq deyirəm. Azərbaycan dövlətçiliyi bizim üçün ən önəmlisidir”. A. Paşazadə xatırladıb ki, 33 ildir şeyxülislamdır:

“Mən təkmilləşdirmə kursundakı insanlara öz övladlarım kimi baxıram. Onları Azərbaycan dövlətçiliyinə, həqiqi islama xidmət edən insanlar kimi görmək istəyirəm”.

Şeyx həmçinin Suriyaya gedən həmvətənlərimiz haqqında da fikirlərini bölüşüb.

“Qarabağ boyda dərdimiz ola-ola bunun qeyrətini çəkmədənsə bir şuşalının Suriyada vuruşması nə dərəcədə vacibdir. Ora gedib, süni-şiə məsələsi salmaq da lazım deyil. Bu məsələdə çox ehtiyatlı olmaq lazımdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm