Yol polisi sürücülərə SMS göndərəcək
Bizi izləyin

Qırmızı.az

Yol polisi sürücülərə SMS göndərəcək

Yol polisi sürücülərə SMS göndərəcək

Smartfonlar üçün bir sıra yeniliklər tətbiq ediləcək. Boş yerlər barədə sürücülərə məlumat veriləcək.

Sürücülər SMS vasitəsilə durma müddətinin limiti və vaxtın uzadılması barədə də məlumatlandırılacaqlar. Bu, Bakı Şəhər İcra Hakimiyyəti ilə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin birgə müvəqqəti duracaq yerləri layihəsi çərcivəsində mümkün olacaq.

Bundan əlavə, Bakıda dayanma, durma və parklanmanın qadağan olunduğu ərazilərdə avtomobillərin evakuasiya ediləcəyi barədə yeni xəbərdaredici yol nişanları da quraşdırılır.

Layihəyə uyğun olaraq yalnız müəyyən olunmuş ərazilərdə avtomobillərin bir cərgə üzrə dayanmasına icazə veriləcək. Bunun üçün isə sürücülər həmin ərazilərdə quraşdırılacaq parkomatlardan istifadə etməli olacaqlar.

Qeyd edək ki, mayın 12-dən paytaxtın bir neçə yerində yeni park-terminalların (parkomatların) quraşdırılmasına başlanılıb. Fransadan gətirilmiş xüsusi parkomatlar Bakıda hələlik 5 yerdə - Xəqani küçəsində 2 ədəd, Tolstoy küçəsində, Yusif Məmmədəliyev küçəsində (Fransa səfirliyi) və Qoça qala qapısının qarşısında quraşdırılıb.

Parkomata yaxınlaşıb müvəqqəti durma vaxtını seçirsiniz. Məsələn, 20 dəqiqənin pulunu ödəyirsiniz. Çeki isə avtomobilin arxa şüşəsinə yapışdırırsınız. Bu zaman əməkdaşlar o çekə baxıb durma vaxtının bitib-bitmədiyini müəyyən edirlər.

Onu da qeyd edək ki, parkomatlar əsas küçələrdə quraşdırılmayacaq. İlk növbədə avadanlıqların yerləşdiyi yolun eni tələblərə uyğun olmalıdır.

Parkomatlarda tariflər 30 dəqiqə üçün 50 qəpik, hər bir saat isə 1 manatdır. Parkomatlardan nağd pul, bank və xüsusi kartlar vasitəsilə istifadə etmək mümkündür.

Qeyd edək ki, parkomatların enerji təchizatı qurğuda quraşdırılmış Günəş panellərinin hesabına ödənilir.

(virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm