Bölgələrdə də müəllimlərin sınaq qiymətləndirilməsi aparılmalıdır
Bizi izləyin

Qırmızı.az

Bölgələrdə də müəllimlərin sınaq qiymətləndirilməsi aparılmalıdır

Bölgə müəllimlərinin də sınaq qiymətləndirilməsi aparılmalıdır

Bölgələrdəki məktəblərdə çalışan müəllimlərin də bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılmalıdır.

Bunu Publika.az-a açıqlamasında təhsil sahəsi üzrə ekspert Şahlar Əsgərov deyib.

Onun sözlərinə görə, gələn aydan Bakı məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin aparılması təqdirəlayiq bir addımdır.

"Bu addımın atılması ilə müəllimlərin fərdi bilik və bacarıqlarını öyrənmək mümkün olacaq. Yəni savadlı müəllimlər sırasından daha savadlıları seçilə biləcək”, deyə Ş.Əsgərov əlavə edib

Qeyd edək ki, təxmini hesablamalara görə Azərbaycanda 320 min müəllim var.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm