Maştağada iki avtomobil toqquşub: Yaralı var
Bizi izləyin

Qırmızı.az

Maştağada iki avtomobil toqquşub: Yaralı var

Sabunçu rayonunda iki avtomobil toqquşub.

Sabunçu rayonunda iki avtomobil toqquşub.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabunçu rayonunun Maştağa qəsəbəsində “MG” və “BMW” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində, hər iki avtomobil ağır deformasiyaya uğrayıb, “MG” markalı minik avtomobilində isə 1 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə gələn xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsi ilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm