Qırmızı.az
İnzibati xətaya görə saxlanılanlara şad xəbər: İmtiyazlar artırılır
Azərbaycanda Ombudsman Aparatı və Daxili İşlər Nazirliyi (DİN) inzibati xətaya görə saxlanılan şəxslərlə bağlı yeni təkliflər hazırlayıb.
Bunu AzNews.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin
qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Qrupunun
rəhbəri Vüqar Məhərrəmov deyib. Onun sözlərinə görə, təkliflərdə
inzibati xətaya görə saxlanılan şəxslərin yaxınları ilə görüşlərin
və telefon danışıqlarının sayının artırılması qeyd olunub: “Hazırda
onlara 15 gündən bir yaxınları ilə görüş verilir. Biz tərəfdarıyıq
ki, həbs olunanlara həftədə 1-2 dəfə görüş verilsin".
Vüqar Məhərrəmovun açıqlamasına görə, sözügedən paketdə inzibati
qaydada saxlanılan şəxsləri sevindirəcək daha bir təklif var. O,
cinayət törədən şəxsləri inzibati qaydada həbs olunanları müqayisə
edərək bunları deyib: "Ölkə qanunvericiliyinə əsasən, cinayət
törədən şəxslər saxlanıldığı kamerada televizora baxa bilər. Nəyə
görə inzibati qaydada saxlanılan şəxslər bu imkanlardan istifadə
etməsin? Biz bununla bağlı da öz fikirlərimizi paketə əlavə
etmişik. Yaxın vaxtlarda Daxili İşlər Nazirliyinə göndəriləcək.
Güman edirəm ki, bütün bunların əsasında uğurlu bir əsasnamə
hazırlanacaq”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR