Peşə məktəblərinin problemləri - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Peşə məktəblərinin problemləri - SİYAHI

Peşə məktəblərinin problmeləri - SİYAHI

Müasir tələblərə cavab verən, istər ali məktəblərin, istərsə də peşə ixtisas təhsili müəssisələrində kadrların hazırlanmasında çatışmazlıq var.

Təhsil Nazirliyi Publika.az-ın sorğusuna cavab olaraq bildirir ki, ilk peşə ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr təminatı, işəgötürən təşkilatlarla əlaqə və ictimai statusunun yüksəldilməsi istiqamətində müəyyən problemlər mövcuddur.

Bu çatışmazlıqlar aşığıdakılardır:

- işəgötürən təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməməsi və hər iki tərəfin məsuliyyətinin müəyyən olunması üçün müvafiq normativ-hüquqi bazanın yaradılmaması;

- aparılan təhlillərə əsasən bir sıra hallarda işəgötürən təşkilatların kadr hazırlığına dair peşə təhsili müəssisələrinə təqdim etdikləri sifarişi yerinə yetirməkdən imtina etmələri;

- peşə təhsili müəssisələrinin rəhbərlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi üçün daxili və beynəlxalq təlimlərə az cəlb edilmələri;

- peşə təhsili müəssisələrinin balansında olan torpaq sahələrinin qeyri-qanuni olaraq zəbt edilməsi hallarının artması;

- ilk peşə ixtisas təhsili müəssisələrinin, o cümlədən, regionlarda yerləşən peşə təhsili müəssisələrinin maddi-texniki bazasının zəif olması;

- nəzəri və praktik təlimləri həyata keçirə biləcək və modul proqramı üzrə tədris edə biləcək yeni nəsil mühəndis-pedaqoji heyətin hazırlanması;

- ilk peşə-ixtisas təhsili müəssisələrinə ayrılan maliyyə vəsaitinin azlığı;

- ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin əksəriyyətinin yaşının çox olması və yeni texnologiyalar haqqında məhdud məlumata malik olmaları;

Qeyd edək ki, kadr hazırlığının təkminləşdirilməsi istiqamətində bu yaxınlarda Cənubi Koreyanın İdxal-İxracat Bankı ilə Bakı şəhərindən müasir tipli peşə təhsili kompleksinin tikinti haqqında ümumi dəyəri 22 milyon dollar olan Kredit Sazişi imzalanıb. Həmçinin, son dəfə 20 il öncə peşə təhsili müəssisələrinə kənd təsərrüfatı texnikası və avtomobillər verildiyi təqdirdə 2014-cü ildə 39 adda kənd təsərrüfatı texnikası və avtomobillər paylanılıb.

Xatırladaq ki,2013-cü ildən başlayaraq “Müasir Azərbaycan Peşəkarları” layihəsi çərçivəsində 5 layihə həyata keçirilib. Bu layihələr sosial partnyorlarla birgə hazırlanıb.Bundan əlavə ölkəmizin ən iri işəgötürən 2 təşkilatı - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azərsu” Səhmdar Cəmiyyəti ilə ilk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi istiqamətində müqavilə imzalayıb.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm