Milli Məclis bu qanunun müzakirəsindən niyə imtina etdi?
Bizi izləyin

Qırmızı.az

Milli Məclis bu qanunun müzakirəsindən niyə imtina etdi?

"Alternativ hərbi xidmət haqqında" qanun layihəsi Milli Məclisdə bir daha müzakirə olunmayacaq”. Bu barədə Modern.az saytına millət vəkili, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc məlumat verib. O, bildirib ki, qanun layihəsi müzakirələrdən birdəfəlik çıxarılıb.

“Bu sənədə münasibətdə parlamentdə dəfələrlə vahid mövqe olub ki, belə qanun ölkədə hərbi xidmətə yararlılıq imkanlarına mənfi təsir edir. Çünki alternativ hərbi xidmətə görə, əlinə silah götürməyi qadağan edən dini inanclar, etiqadlara tapınan insanlara dövlət alternativ bir şərait yaradır ki, o ön cəbhədə yox, arxa cəbhədə fəaliyyətini yerinə yetirsin. Hərbi mükəlləfiyyətini bu cür reallaşdırılsın. Bu 2001-ci ildə Avropa İnsan Haqları Konvensiyasına qoşulduğumuz zaman üzərimizə götürdüyümüz öhdəlikdən biridir. Sonra Konstitusiyada referendumla belə bir dəyişiklik edildi. Lakin sonradan nəzərə alındı ki, çoxlu insanlar hər hansı dini məssəbə qulluq etdiyini nəzərə alıb ön cəbhədən kənarda durmaq istəsə, bir il yarım xidmət əvəzinə 3 il xidmət edəcəyinə, sanitar, əmək fəaliyyəti, arxa cəbhənin özünəməxsus tələblərini yerinə yetirməyə razılaşmış olsa, bu, ordunun komplekləşdirilməsinə mənfi təsiri göstərə bilər. Bu səbəbdən də sözügedən sənəd layihə olaraq müzakirələrdən tamam kənarlaşdırıldı. O vaxtdan bu yana həmin sənədi mən görməmişəm”-deyə Zahid Oruc bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm