Arzu Rəhimov Türkiyə nümayəndə heyəti ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Arzu Rəhimov Türkiyə nümayəndə heyəti ilə görüşüb

Arzu Rəhimov Türkiyə nümayəndə heyəti ilə görüşüb

Türkiyə Respublikası milli müdafiə nazirinin məsləhətçi müavini general-leytenant Osman Ünlünün başçılıq etdiyi nümayəndə heyəti mayın 20-də Azərbaycan Respublikasına səfərə gəlib.

Publika.az xəbər verir ki, səfər çərçivəsində mayın 21-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov nümayəndə heyətini qəbul edib. Görüşdə səfərbərlik və hərbi xidmətə çağırış sahəsində ikitərəfli təcrübə mübadiləsi, bu sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyətinin səfəri mayın 24-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm