Qırmızı.az
Qənirə Paşayeva "Uluslararası Dostluq" mükafatına layiq görüldü
Türkiyənin "Moonlife" dərgisi "2013 Yılının En İyileri"ni elan etdikləri mükafatlandırma gecəsində millət vəkili, Azərbaycan –Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva özəl ödül olaraq "Uluslararası Dostluq" ödülünə layiq görüb.
Türkiyənin millət vəkilləri, siyasətçiləri, ictimai xadimləri, sənət, elm, ədəbiyyat və media dünyasının tanınmış nümayəndələrinin qatıldığı tədbirdə bir sıra ictimai-siyasi xadimlərlə bərabər, sənət, elm, ədəbiyyat və media sahəsindən də bir sıra tanınmış şəxslər mükafatlandırılıblar.
Siyasətçilər Haluk İpek, Hüseyin Bürge, Gülay Dalyan, Kazakistan Büyükelçisi Can Seyit Tüymebayev, sənət, elm, ədəbiyyat və media dünyasının tanınmış nümayəndələri Orhan Gencebay, Fatih Portakal, Mesut Yar, Cengiz Kurtoğlu, Deniz Çakır, Barış Falay, Zahide Yetiş, Yüksel Aytuğ, İskender Paydaş, Aydan Şener, Şükrü Avşar,Hakan Akkaya, Ceylan, Alişan-Çağla Şikel, Cebrail Mungan, Salih Keçeci, Pelin Ceri, Ümit Besen, Banu Zorlu, Safiye Soyman, Tamer Aydoğdu, Suat Aydoğan, Yıldırım Mayruk, İrfan Değirmencinin və digərlərinin qatıldığı tədbirdə bildirilib ki, millət vəkili, Azərbaycan – Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva millət vəkili olmaqla bərabər, bir sivil toplum təşkilatı rəhbəri olaraq da hər zaman bütün platformalarda çıxışlarında və fəaliyyətində "bir millət iki dövlət" düşüncəsi ilə çalışır və Azərbaycan həqiqətləri ilə bərabər Türk dünyası həqiqətlərini də dünyaya çatdırır və Türk dünyası ilə bağlı həqiqətlərin çatdırılmasında, dostluq dəyərləri, mədəniyyətlər və dinlərarası xoşgörü, tolerantlıq mövzularının təbliğində hər zaman fəal iştirak edir.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq