Sumqayıt Şəhər Polis İdarəsində ölüm
Bizi izləyin

Qırmızı.az

Sumqayıt Şəhər Polis İdarəsində ölüm

Sumqayıt Şəhər Polis İdarəsində ölüm faktı qeydə alınıb.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Əsgər Əli oğlu Əliyev naməlum səbəbdən təcridxanada ölüb. Polisdən Ə. Əliyevin Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanıldığı bildirilib.

Ə. Əliyevin ölüm səbəbi keçirilən ekspertizanın nəticəsindən sonra məlum olacaq. (axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm