Nazirlikdən ana və uşaq ölümü ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən ana və uşaq ölümü ilə bağlı AÇIQLAMA

Azərbaycan Səhiyyə Nazirliyi Quba Regional Perinatal Mərkəzində bu gün doğuş zamanı baş verən ana və uşaq ölümü ilə bağlı rəsmi məlumatını açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, dünyasını dəyişən qadın 1993-cü il təvəllüdlü Mövsümova Qızxanımdır.

16 yaşında ailə həyatı quran Q.Mövsümova 5 il ərzində hamilə qala bilmədiyindən həm xarici ölkələrdə, həm də Azərbaycanda hormonal dərmanlarla müalicə olunub.

Q.Mövsümova bu il mayın 21-də hamiləliyinin 37-ci həftəsində Quba Regional Perinatal Mərkəzinə daxil olub. Xəstəxanaya daxil olarkən onun hamilələyində artıq müəyyən problemlər yaranmış olub. Xəstə üzərində spinal anesteziya proseduru həyata keçirildikdən sonra onun ürəyi dayanıb. Q.Mövsümova üzərində reanimasiya tədbirləri həyata keçirilsə də, nəticəsi olmayıb, ana və uşağı dünyasını dəyişib.

Hazırda xəstənin cəsədi üzərində tibbi ekspertiza aparılır. Ekspertizanının nəticələrindən asılı olaraq, ölümün baş verməsində həkim səhvinin olub-olmadığı da müəyyən ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm