Nazir fermerlərə texnikalar payladı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Nazir fermerlərə texnikalar payladı - FOTOLAR

Ucarda bir qrup sahibkara yeni texnika verilib.

Ucarda bir qrup sahibkara yeni texnika verilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniya, Hollandiya və Belçikadan gətirilmiş 147 ədəd texnikanın təqdimatı mərasimi keçirilib. Respublikanın 25 rayonundan sahibkarların iştirak etdikləri tədbirdə əvvəlcə sahibkarlara bazadakı mövcud texnika barədə ətraflı məlumat verilib.

Daha sonra fermer və sahibkarlara 80 ədəd Belçikanın "New Holland", 60 ədəd Almaniyanın "Class" və 7 ədəd Fillandiya istehsalı olan "Sampo" kombayınları paylanıb.

Görüşdə iştirak edən nazir Heydər Əsədov bildirib ki, taxıl biçini mövsümü yaxınlaşdıqca, kənd təsərrüfatı məhsulları istehsalçıları dünya standartlarına uygun yeni texnikalarla təmin olunacaqlar. Onun sözlərinə görə, ən müasir texnikalar artıq fermer və sahibkarların ixtiyarındadır. Tədbirdə texnikaların göstəriciləri və istismar qaydalarını mənimsəyən, kursları bitirən mexanizatorlara da sertifikartlar verilib.

Nazir onu da qeyd edib ki, yaxın zamanlarda çəltik yiğimı və cay plantasiyaları üçün ixtisaslaşdırılmış texnikaların gətirilməsi də nəzərdə tutulur.

Tədbirin sonunda sahibkarlara kombaynların açarları təqdim olunub. Fermer və sahibkalar dövlət başçısının görstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm