Sabah yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabah yağış yağacaq

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 35 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan publika.az-a verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində dəyişkən buludlu olacaq, arabir tutulacaq. Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz mülayim çənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21, gündüz 24-29 dərəcə isti olacaq.

Mayın 28-də Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm