Mənzildə qalmış 2 azyaşlı və 1 qadın xilas edilib
Bizi izləyin

Qırmızı.az

Mənzildə qalmış 2 azyaşlı və 1 qadın xilas edilib

Bakı şəhərinin Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Bakı şəhərinin Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Publika.az-ın məlumatına görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından keçərək daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.

Bakı şəhərinin Nəsimi rayonunda da 1940-cı il təvəllüdlü bir qadın Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən xilas edilib.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanına qalxaraq daxil olublar. Bununla da vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm